Saytımızı qiymətləndirin


 
 

ABŞ-da partlayış törətməyi planlaşdıran tələbə saxlanılıb
Tarix: 23-11-2017 | Saat: 09:15
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Şübhəli gənc hazırda həbsdədir

ABŞ-ın Arkanzas ştatının Saylom-Sprinqs şəhər polisi Corc Braun adına universitetdə partlayış törətməyə hazırlıqda şübhəli bilinən 20 yaşlı tələbə Timati Konstantini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, gənc hüquq-mühafizə orqanlarıının əməkdaşlarına kiçik partlayıcı qurğuları yığdığını etiraf edib. Polisin məlumatına görə, tələbə pirotexnikadan və döyüş sursatlarından çıxarılmış kiçik borulardan, barıtdan istifadə edib.

Konstantin həmçinin tələbə yataqxanasında məktub da qoyub. Məktubda qeyd edilir ki, o, çoxsaylı insan tələfatına səbəb olacaq hücumu reallaşdırmaq istəyir.

Polis axtarışlar zamanı otaqda odlu silah, o cümlədən "AK-74" avtomatı, həmçinin döyüş sursatı tapıb.

Şübhəli gənc hazırda həbsdədir.



Xəbəri paylaş

721 dəfə oxunub.

Digər xəbərlər