Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib
Tarix: 14-04-2022 | Saat: 21:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, zabitlərin mənəvi-psixoloji dayanıqlığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

Komandir hazırlığında “Günün nizam qaydaları”na uyğun bölmələrdə "qalx" komandasından "yat" komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib.

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.

Məşğələlər zamanı “Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçirilib və praktiki atış tapşırıqları icra edilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər