"Rusiya "İsgəndər"i 2016-cı ildə Ermənistana hədiyyə edəndə Azərbaycana atılacağını bilirdi"
Tarix: 28-03-2021 | Saat: 10:10
Bölmə:Karusel / Region | çapa göndər
1355 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-03-2021 | Saat: 10:10
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan bu raketlərdən birini Bakıya atdı”
25 mart tarixində “Forbes” jurnalında Qarabağ müharibəsinə aid material verilib. Azərbaycanın uğurlu müharibə apardığı, Ermənistanın ağır məğlubiyyətə uğradığı yazıda qeyd olunub. “Forbes”in bu materialı Azərbaycan mediasında həm rus, həm Azərbaycan dilində yayılıb. Amma, orijinal mətndə gedən kiçik bir cümlə heç bir yerdə verilməyib. Diqqət edək:
“Forbes”yazır: “Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhəri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşən İrəvan 9K720 İskəndər qısa mənzilli ballistik raketindən istifadə etdi. Ancaq raket atışı vəziyyəti dəyişdirmədi, çünki Azərbaycanda yüksək texnoloji hərbi texnika var idi: İsrail Aerokosmik Sənayesi (IAI) və Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanan Barak 8 zenit raket sistemi, raketi tutdu”.
Orijinal mətndə bu iki cümlənin arasında bir cümlə də var: “Armenia fired one of these missiles at Baku”. Tərcüməsi:” Ermənistan bu raketlərdən birini Bakıya atdı”. Göründüyü kimi bizim mətbuatda - “ballistik raketdən istifadə etdi” sözü var, amma hara atıldığı yazılmayıb. Orijinalda isə var. Bakıya atılıb.
Əgər bu həqiqətdirsə (“Forbes” nüfuzlu nəşrdir, yalan yazmaz) bu faktı Ermənistanın əleyhinə niyə istifadə etmirik? Rusiya bu raketi 2016-cı ildə Ermənistan Ordusuna hədiyyə edəndə, onun Azərbaycana atılacağını bilirdi. Raket Ermənistan ərazisindən atılıb. Mülki əhaliyə qarşı yönəlib. Bu məsələnin araşdırılması əhəmiyyətli olar. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
26-09-2022, 22:13
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
22-11-2022, 11:31
Prokuror Əli Əliyevə cəza istəyib
18-09-2024, 20:27
Livanda rabitə cihazları yenə partlayır
24-04-2025, 08:39
Mədət Quliyev bu postundan istefa verdi
3-01-2026, 08:43
Tramp təhlükəsizlik risklərini əsas gətirərək yarımkeçiricilərlə bağlı müqaviləni ləğv edib
18-12-2023, 13:54
15 dərəcə şaxta olacaq
24-12-2022, 19:08
Prezident İlham Əliyev: Biz gərək inamımızı itirməyək, onda istədiyimizə nail olacağıq
11-01-2024, 13:42
Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə etdi - FOTO
















