Saytımızı qiymətləndirin


 
 

Pentaqon: “Moskva” kreyseri təmir üçün Sevatsopola doğru hərəkət edir
Tarix: 14-04-2022 | Saat: 18:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Con Kirbi

Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri Sevastopola doğru hərəkət edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi CNN-ə açıqlamasında deyib.

 

O, kreyserdə ən azı bir güclü partlayışın baş verdiyini vurğulayıb: “Biz orada nə baş verdiyini əminliklə deyə bilmərik. Hesab edirik ki, orada ən azından bir partlayış baş verib”.

O qeyd edib ki, partlayış kifayət qədər güclü olub və gəmidə böyük ölçüdə zədəyə səbəb olub: “Hesab edirik ki, gəmi hərəkət edə bilir və edir də. Düşünürük ki, o, təmir üçün Sevatsopola gedir. Amma biz dəqiq bilmirik ki, buna nə səbəb olub”.

Kirbi əlavə edib ki, kreyser partlayışdan öncə bir neçə Rusiya gəmisi ilə birlikdə Odessadan 60 mil cənubda fəaliyyət göstərib.

Qeyd edək ki, Odessa hərbi administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

“Biz təsdiq edirik ki, “Moskva” kreyserini sərhədçilərimiz raketlə vurub. İki raket hədəfə dəyib, kreyserdə yanğın baş verib”, - deyə Marçenko qeyd edib.

Rusiya Müdafiə Nazirliyi (MN) isə məlumat yayıb ki, yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər