Saytımızı qiymətləndirin


 
 

Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli oldu
Tarix: 14-04-2022 | Saat: 11:32
Bölmə:Karusel / İdman | çapa göndər

Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli oldu

 

 

Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb.
 
Qarabaginfo.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Komandamızın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçumuz – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq.
Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların yarışında tam heyətlə mübarizə aparacaq. Yarışın qaliblərinin adlarına isə aprelin 21-də aydınlıq gələcək.
Avropa birinciliyi
14 aprel
1/16 final
 
Kamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)
Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)
Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova)
15 aprel
1/16 final
 
Zaur Qəhrəmanov (63,5 kq) – Antoni Makdonnel (İrlandiya)
Aslan Quliyev (60 kq) – Aleksandr Yarovyı (Ukrayna)
1/8 final
 
Kənan Babayev (48 kq) – Telet Yağlı (Türkiyə)
Ənvər Babayev (75 kq) – Morris Harstedt (İsveç)
Səbuhi Əlizadə (+92 kq) – Kaan Tükenmez (Türkiyə)
16 aprel
1/16 final
 
Arif Bayramov (57 kq) – Artur Donoque (İrlandiya)
1/8 final
 
Sərxan Budaqov (80 kq) – Vladislav Dudar (Ukrayna)
Məmməd Quliyev (92 kq) – Elvin Mayue-Belezika (İsveç)
Amin Məmmədzadə (51 kq) – Patrik Makkenna (İrlandiya)
18 aprel
1/4 final
 
Fətəli İsmayılov (86 kq) – Oğuzxan Türk (Türkiyə)


Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər