Saytımızı qiymətləndirin


 
 

Putin Lukaşenkoya polkovnik rütbəsi söz verdi
Tarix: 12-04-2022 | Saat: 17:56
Bölmə:Karusel / Region | çapa göndər

 Putin Lukaşenkoya polkovnik rütbəsi söz verdi

Rusiya prezidenti Vladimir Putin Belarus rəhbəri Aleksandr Lukaşenkoya polkovnik rütbəsi verəcəyini vəd edib.

Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Belarus lideri bundan mənun qalıb.

"Mən də polkovnik olsaydım, yaxşı olardı. Həqiqət budur ki, Putin mənə söz vermişdi, amma hələ də verməyib ", - deyə Lukaşenko danışıqlardan sonra keçirilən mətbuat konfransında gülərək deyib.

Putin cavabında bildirib: “Əgər söz vermişəmsə, yerinə yetirəcəyəm”.

Rusiya prezidenti əlavə edibki, Belarus rəhbərinə başqa dövlətin titulları çox lazım deyil:

"Aleksandr Qriqoryeviçin başqa dövlətin başçısının ona titullar verməsi lazım deyil. Onsuz da özü böyük rəisdir".

Putin bildirib ki, özünün general rütbəsi yoxdur, amma xalqa sədaqətlə xidmət edir və hərbi rütbələr ilk növbədə hərbçilərə lazımdır.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər
23-02-2022, 12:54 Sabaha olan hava proqnozu