Tarix: 13-04-2023 | Saat: 17:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycan əsgərinin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər sadəcə dəhşətdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix deyib.
"Görünür, Ermənistan tərəfi Cenevrə Konvensiyasını unudub. İki ölkə arasında elan edilmiş müharibə yoxdur. Odur ki, belə münasibət nəinki qəbuledilməzdir, həm də əks reaksiyaya və əsl müharibənin böyük hissəsinə gətirib çıxara bilər. Paşinyan və dəstəsi buna görə cavab verməli olacaq", - deyə rusiyalı ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan ordusunun Naxçıvanda itkin düşən hərbçisi Hüseyn Axundov bu gün Ermənistan tərəfindən saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları və videosu yayılıb. Əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.
Digər xəbərlər