Tarix: 11-04-2022 | Saat: 18:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kanada hakimiyyəti Rusiyanın müdafiə sektorunda fəaliyyət göstərən 33 şirkətə sanksiya tətbiq etmək qərarına gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə aprelin 11-də hökumətin saytında yerləşdirilən məlumatda deyilir.
O cümlədən, Kanadanın yeni sanksiyalarına Moskva Fizika-Texnika İnstitutu, “Zvezda” Sənaye-Aqrar Birliyi, “Vimpel” gəmiqayırma zavodu və “İstok” qeyri-hökumət müəssisəsi daxildir.
“Kanada hadisələri izləməyə və beynəlxalq tərəfdaşlarla hərəkətləri əlaqələndirməyə davam edəcək”- deyə bəyanatda deyilir.
Kanada həmçinin martın 11-də 5 rusiyalı və 32 Rusiya təhlükəsizlik qüvvələrinə, martın 15-də isə Baş nazirin müavini Dmitri Qriqorenko, İqtisadi İnkişaf naziri Maksim Reşetnikov, habelə nazirliyin nümayəndələrinə və 15 Rusiya rəsmisinə sanksiya tətbiq edib.
Xatırladaq ki, Martın sonunda Kanadanın baş naziri Castin Trüdo Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə tədbirlər görəcəyini açıqlamışdı.
Digər xəbərlər