Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb
Tarix: 11-04-2022 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda qanunsuz ağackəsmə və torpaq zəbtinə görə 6 cinayət işi başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb.

Bu barədə Qarabaginfo.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi nəticəsində təbiətə 200 min manat həcmində ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər