Tarix: 09-04-2022 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Şəmkir sakini küçədə keçmiş məhkum tərəfindən bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən Qarabaqinfo.az-a bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə aprelin 8-də saat 19 radələrində Qədimqala kəndi ərazisində şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Digər xəbərlər