Saytımızı qiymətləndirin


 
 

Buçada meyitlərin ekshumasiyasına başlanılıb
Tarix: 08-04-2022 | Saat: 16:55
Bölmə:Karusel / Region | çapa göndər

Masis meyitxanasında palçıqlı torbalarda erməni hərbçilərin cəsədləri – 150 tanınmamış cəsəd

Ukraynanın Buça şəhərində Rusiyanın hərbi əməliyyatı zamanı qətlə yetirilən dinc sakinlərin meyitlərinin ekshumasiyasına başlanılıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Buçanın meri Anatoli Fedoruk bildirib.

Onun sözlərinə görə, meyitlər qardaşlıq qəbiristanlığında dəfn olunacaq. Mer bildirib ki, qətlə yetirilənlərin hər biri indentifikasiya olunduqdan sonra qohumlarının razılığı ilə ayrı-ayrılıqda yerli qəbiristanlıqlarda müəyyən edilən xüsusi yerdə dəfn ediləcək.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər