Saytımızı qiymətləndirin


 
 

Hande Harmancı: "ÜST-ün koronavirusun müalicəsi ilə bağlı qəbul etdiyi dərman preparatı yoxdur"
Tarix: 10-03-2020 | Saat: 17:18
Bölmə:Karusel / Sosial | çapa göndər

Hande Harmancı: "ÜST-ün koronavirusun müalicəsi ilə bağlı qəbul etdiyi dərman preparatı yoxdur"

“Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun müalicəsi ilə bağlı qəbul etdiyi dərman preparatı yoxdur”. 

"Qarabaginfo" xəbər verir ki, bunu mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, ÜST-lə birlikdə işləyən araşdırmaçılar bu məsələ ilə bağlı klinik sınaqlar həyata keçirirlər: “İki-üç, hətta daha artıq dərmanın koronavirusun müalicəsində çox ümidverici nəticələri olduğunu bilirik. Amma dediyimiz kimi, sağalma üçün elə bir möcüzəvi dərman tapılmayıb”.

H.Harmancı qeyd edib ki, testlər vasitəsilə 4-6 saat ərzində koronavirus aşkarlana bilir. APA



Xəbəri paylaş

432 dəfə oxunub.

Digər xəbərlər