Saytımızı qiymətləndirin


 
 

Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb
Tarix: 07-04-2022 | Saat: 21:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews”a müsahibəsində verib.

“Təsəvvür edin ki, NATO üzvü olan Ukrayna Krımın geri qaytarılması üçün Rusiyaya hücum edir. NATO-nun Nizamnaməsinin 5-ci maddəsini tətbiq edərək, nüvə silahına malik olan Alyans ölkələri Ukraynanı müdafiə etməli olacaq ki, bu da Üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Hazırda görülən işlər bizi belə bir müharibənin potensial təhlükəsindən qoruyur”,-deyə Peskov bildirib.

Bundan əvvəl Peskov Mariupolun Ukrayna hərbçilərindən azad ediləcəyini bildirib.



Xəbəri paylaş

1399 dəfə oxunub.

Digər xəbərlər