Tarix: 07-04-2022 | Saat: 21:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Vətən müharibəsi qazisi Rəvan Abasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gəlib və əlilliyinin düzgün təyin olunmadığı iddiası ilə etiraz edib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər yayılıb.
Qazi çətin vəziyyətdə olduğunu, borc içində qaldığını, probleminə biganə yanaşıldığını deyib. Daha sonra onun halı dəyişib və nazirliyin qarşısındakı səkiyə oturub. Qaziyə tibb işçisi, polis və nazirliyin əməkdaşıları kömək ediblər. R.Abasov ƏƏSMN-in qəbul şöbəsinə aparılaraq, onunla söhbət edilib.
Problemlə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bunları bildirib:
“Vətən Müharibəsi iştirakçısı Abasov Rəvan Üzeyir oğlu 18.03.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq beş il müddətinə III dərəcə əlillik təyin edilib. Qazimizə 550 manat məbləğində sığorta ödənişi edilib. “YAŞAT” Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2500 manat məbləğində yardım edilib”.
Digər xəbərlər