Saytımızı qiymətləndirin


 
 

Arvadının başını kəsən şəxsin məhkəməsi başlayır
Tarix: 07-04-2022 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arvadının başını kəsən şəxsin məhkəməsi başlayır

Bakıda arvadının başını kəsərək qətlə yetirən Əsgər Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az-ın xəbərinə görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə ötən il noyabrın 11-də baş verib. Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğu tərəfindən aparılan araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə)) maddəsi ilə cinayət işi başlanıb.

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər