Saytımızı qiymətləndirin


 
 

"Rusiyaya işləmək üçün gələn miqrantlar rus dilini öz vətənlərində öyrənməlidirlər" - Putin
Tarix: 09-12-2021 | Saat: 22:13
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyaya işləmək üçün gələn miqrantlar rus dilini öz vətənlərində öyrənməlidirlər.

Qarabaginfo.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Vladimir Putin Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası ilə görüşdə danışıb. O, miqrantlar məsələsində dil problemlnin olduğunu bildirib. “Rusiyaya işləmək üçün gələnlər dili öz vətənlərində öyrənməlidirlər”, – Putin deyib.

Buradan 2 məsələ aydın olur: 1-cisi, rus dilini bilməyənlər Rusiyaya gedə bilməyəcək, ikinci məsələ rus dilinə maraq və məktəb saylarını artırmaq.

Rusiya qanunlarını pozan, xuliqanlıq edən, davalarda iştirak edən miqrantlar barədə də müzakirələr aparılıb.

“Rusiya qanunlarını pozan, o cümlədən davalarda iştirak edən miqrantlar ölkədən deportasiya edilməlidir”,- İHK rəhbəri Putinlə görüşdə deyib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər