Saytımızı qiymətləndirin


 
 

Zelenski: “İlk növbədə Ukraynaya zəmanət verən ölkələrlə görüş lazımdır”
Tarix: 07-04-2022 | Saat: 00:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin təhlükəsizliyinə zəmanə verəcək dövlətlərlə görüşdən sonra Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

Qarabaginfo.az-ın xəbərinə görə, dövlət başçısı bunu Habertürk kanalına müsahibəsində deyib.

“Hələlik Ukraynanın bu dövlətlərlə görüşü olmadığı üçün zəmanətin detalları və zəmanət verəcək ölkələr barədə ətraflı danışmaq mümkün deyil” – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Kiyev bəzi ölkələri qarant rolunda görür. Bəzi ölkələr isə özləri qarant olmaq istəyir.

“Lakin bu görüş mütləq olacaq. Çünki zəmanət verən dövlətlərin nümayəndələri artıq bunu təsdiqləyib. Bura ABŞ, Türkiyə, Brianiya, Polşa, Almaniya, Fransa və İsrail daxildir. Buna görə də ilk növbədə zəmanət verən ölkələrin nümayəndələri, sonra isə Rusiya ilə görüşmək lazımdır” – deyə Zelenski əlavə edib.



Xəbəri paylaş

1389 dəfə oxunub.

Digər xəbərlər