Saytımızı qiymətləndirin


 
 

“Şərurlu İsfəndiyar” cəzalandırıldı
Tarix: 06-04-2022 | Saat: 09:56
Bölmə:Karusel / Multimedia | çapa göndər

 “Şərurlu İsfəndiyar” cəzalandırıldı

Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, protokolda qeyd edilib ki, o, əmək qanunvericiliyini pozub.

Belə ki, “Şərurlu İsfəndiyar”ın barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Bu xətaya görə, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Son illər İsfəndiyar Axundovun başı məhkəmə qalmallarına qarışıb. Belə ki, o, ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş qismində tanınır. “Şərurlu İsfəndiyar” Nadir İsmayılovdan 5 milyon manat tələb edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. İsfəndiyar Axundovun isə zərəri ödənilməyib



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər