Saytımızı qiymətləndirin


 
 

Ukraynada həlak olan azərbaycanlı himnimizin sədaları ilə son mənzilə yola salınıb - VİDEO
Tarix: 06-04-2022 | Saat: 07:54
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada həlak olan soydaşımız Azərbaycan himninin sədaları ilə son mənzilə yola salındı - VİDEO - xeberler

Ukraynanın müqavimət hərəkatında iştirak edən Azərbaycan kökənli daha bir döyüşçü həlak olub. Sosial medianın Ukrayna seqmentində onun son mənzilə yola salınma videosu yayılıb.

Səsləndirilən musiqi ukraynaca olsa da, əslində Azərbaycanın dövlət himnidir! Bu çox təsirli səhnə hazırda sosial mediada və saytlarda onminlərlə insan tərəfindən paylaşılır.

Odessada yaşayan soydaşımız Anar Natiqoğlu Musavat.com-a məlumat verib ki, Ukrayna uğrunda həlak olan döyüşçünün atası əslən Qazax rayonundandır. O, Nikolayev cəbhəsində şəhid düşüb. Məlumatda bildirilir ki, hazırda onun qardaşı və qardaşı oğlu da əlində silah, Ukraynanın azadlığı uğrunda döyüşürlər.

Musavat.com şəhid olan soydaşımızın kimliyini də öyrənib. Yayılan xəbərlərdə qəhrəmanımızın adı və soyadı göstərilmirdi. Bəlli olub ki, bu şəxs İsmayılov Rüstəm İsmayıl oğludur. Onun atası, əslən Qazaxın Yuxarı Salahlı kəndindən olan İsmayıl İsmayılov SSRİ vaxtında hərbçi olub. Təyinatını Ukraynaya alıb. Orada işləyib və ukraynalı Svetlana xanımla ailə qurub. Onların övladı olan Rüstəm bu gün Ukrayna uğrunda şəhid olub!

Allah rəhmət etsin! Bizə görə bu qardaşımız gerçək bir Şəhiddir. Allah da elə bilsin, inşallah!

(Musavat.com)



Xəbəri paylaş

1343 dəfə oxunub.

Digər xəbərlər