Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusu Qarabağda yavaş-yavaş irəliləyir, yeni mövqelər tutub
Tarix: 05-04-2022 | Saat: 14:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Ordusu Qarabağda yavaş-yavaş irəliləyir, yeni mövqelər tutub - Alp.Az

Qarabağda Azərbaycan Ordusunun son mövqe və dislokasiya yerlərinin dəqiqləşdirməsindən sonra orada yaşayan ermənilər hər şeydən ümidlərini üzüblər. 

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bununla bağlı xəbər yayıb ki, artıq Qarabağda vəziyyət getdikcə pisləşir.

Qarabaginfo.az qeyd edir ki, bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhmramlı kontingentinin Azərbaycan tərəfi ilə Fərrux dağı məsələsi ətrafında apardığı danışıqlar nəticəsiz qalıb. Nəşr bildirir ki, Azərbaycan Ordusunun komandanlığı rusların əvvəlki mövqelərə çəkilmə tələblərini rədd edib.

Amma erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu nəinki geri çəkilmək fikrindədir, artıq bu gündən etibarən yavaş-yavaş irəliləməyə başlayıb. “Artıq Azərbaycan Ordusu yavaş-yavaş irəliləməyə başlayıb. Yeni mövqelər də götürüblər. Digər tərəfdən, Qarabağda yaşayan ermənilər ümidsizliyə düçar olublar. Onlar başa düşürlər ki, Ermənistan hökuməti əl-qolunu sallayıb, hətta Qarabağın harada yerləşdiyini də unudub. Nikol Paşinyanın hər çıxışından sonra isə bu ümidsizlik daha da güclənir”.

“Hraparak” yazır ki, Nikol Paşinyanın son çıxışından sonra Qarabağdakı ermənilərin oradan köçməsi məsələsi halları daha da intensivləşib. “İnsanlar başa düşdülər ki, Ermənistan artıq onların təhlükəsizliyinin qarantı deyil. Ermənistanın baş naziri onların iradəsini soruşmadan onların taleyi ilə bağlı qərar verməyə hazırlaşır. Qarabağdakı “hakimiyyət” Paşinyanın xoşuna gəlməkdə davam etsə də, Qarabağ və Ermənistanın maraqlarının gündən-günə ayrıldığını başa düşürlər. Onlar anlayırlar ki, həm xaricdə, həm də daxildə çətin sınaqlarla üz-üzə qalıblar”.jamaz.info



Xəbəri paylaş

1380 dəfə oxunub.

Digər xəbərlər
12-07-2023, 08:22 Rusiyada vulkan püskürüb