Saytımızı qiymətləndirin


 
 

Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydaları təkmilləşəcək
Tarix: 04-04-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydaları təkmilləşəcək

Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydalar təkmilləşdiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə, hakim assosiasiyaları 2022-2026-cı illərdə Ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydaların təkmilləşdirilməsini təmin etməlidir.

Bunun üçün ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili istiqamətində tədbirlər görüləcək.



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər