Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydaları təkmilləşəcək
Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydaları təkmilləşəcək4-04-2022, 18:54. Yazar: Admin |
|
Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydalar təkmilləşdiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə, hakim assosiasiyaları 2022-2026-cı illərdə Ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydaların təkmilləşdirilməsini təmin etməlidir. Bunun üçün ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili istiqamətində tədbirlər görüləcək. Geri dön |