Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda dövlət satınalmalarında iştirak edən şirkət benefisiarını açıqlamalı olacaq
Tarix: 04-04-2022 | Saat: 17:47
Bölmə:Karusel / Multimedia | çapa göndər

Sənəd itirmisiniz? - 32 sənəd sahibini gözləyir - Avtosfer.az

Azərbaycanda dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Maliyyə Monitorinqi Xidmətinə həvalə olunub.

Dövlət satınalmalarında iştirak edən hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri üzrə strateji təhlillərin aparılması, hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsinə dair təkliflər hazırlanması, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər