Saytımızı qiymətləndirin


 
 

Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqladı
Tarix: 03-04-2022 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqladı

“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməyib, ancaq konkret yazılı sənəd hazırlandıqdan sonra növbə ona çatacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür, lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”, - deyə o bildirib.

Juranlistin “Minsk razılaşmaları üzrə 7 illik təcrübənin olduğunu nəzərə alaraq, bu sənədin həyata keçiriləcəyinə inam varmı” sualına cavabında Peskov deyib: “Bizim bu təcrübəmiz var, onu xatırlayırıq, çox yaxşı xatırlayırıq və buna uyğun hərəkət edirik. Əminəm ki, hərbi əməliyyatımızın məqsədləri tam şəkildə həyata keçiriləcək.

Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədin imzalanmasına gələcəyik və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”.



Xəbəri paylaş

1443 dəfə oxunub.

Digər xəbərlər