Saytımızı qiymətləndirin


 
 

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı
Tarix: 02-04-2022 | Saat: 16:18
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbaycanın idman gimnastı Nikita Simonov və İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışlarını yerinə yetiriblər.

 

Qarabaginfo.az report-a istnadən xəbər verir ki, İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Qeyd edək ki, Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Azərbaycanın digər idman gimnastı Nikita Simonov isə bürünc medal qazanıb. Halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər