Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı
Ana Sayfa > Karusel / İdman > Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı


2-04-2022, 16:18. Yazar: Admin

 

Azərbaycanın idman gimnastı Nikita Simonov və İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışlarını yerinə yetiriblər.

 

Qarabaginfo.az report-a istnadən xəbər verir ki, İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Qeyd edək ki, Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Azərbaycanın digər idman gimnastı Nikita Simonov isə bürünc medal qazanıb. Halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.


Geri dön