Tarix: 02-04-2022 | Saat: 07:52
Bölmə:Karusel / Region | çapa göndər
ABŞ Donbassda Ukrayna Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün sovet istehsalı olan tanklarını bu ölkəyə təhvil verilməsində vasitəçi olacaq.
Bu barədə “The New York Times“ nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Xəbərə görə, Birləşmiş Ştatlar münaqişədən sonra ilk dəfə olaraq Ukraynaya sovet tanklarının təhvil verilməsi prosesində vasitəçi kimi çıxış edəcək. Prosess yaxın vaxtlarda başlaya bilər.
Nəşr Ukrayna hərbçilərinə veriləcək texnikanın miqdarını açıqlamır.
Həmçinin Kiyevə tankların verilməsində hansı ölkələrin iştirak edə biləcəyi də məlum deyil.
“The New York Times“ iddia edir ki, ABŞ-ın Kiyevə sovet tipli tankların təhvil verilməsinə töhfə verməsi barədə qərar prezident Vladimir Zelenskinin xahişindən sonra verilib.(Apa)
Digər xəbərlər