Saytımızı qiymətləndirin


 
 

Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb
Tarix: 23-02-2018 | Saat: 18:57
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 


 


 

aqrar sahenin texniki teminatinin guclendirilmesine 160 milyon manat ayrilib

Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

"Qarabaginfo"un məlumatına görə, taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160,0 (yüz altmış) milyon manatı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.



Xəbəri paylaş

609 dəfə oxunub.

Digər xəbərlər