Saytımızı qiymətləndirin


 
 

Goranboyda Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi - FOTO
Tarix: 01-04-2022 | Saat: 12:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Goranboyda Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi – FOTO

II Qarabağ-Vətən müharibəsi şəhidi, Goranboy rayonu Rəhimli kəndindən Məmmədov İbrahim Nadir oğlunun ad günündə ailəsi ziyarət edildi. Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları iştirak edib. 

Qarabaginfo.az xəbər verir ki, deputat şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

Şəhidin anası Sveta xanım bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.



Xəbəri paylaş

316 dəfə oxunub.

Digər xəbərlər