Saytımızı qiymətləndirin


 
 

“Huawei” Rusiyaya görə ABŞ-ın yeni sanksiyaları ilə üzləşə bilər
Tarix: 01-04-2022 | Saat: 08:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Huawei şirkəti haqqında

Çinin “Huawei” şirkəti Rusiyaya telekommunikasiya sahəsində dəstəyi davam etdirəcəyi təqdirdə Vaşinqtonun yeni sanksiyaları ilə üzləşə bilər.

Bu barədə “Financial Times” qəzeti yazıb.

Qəzet ekspertlərə istinadən yazır ki, Huawei və Xiaomi kimi Çin texnologiya şirkətləri Rusiyaya smartfon və telekommunikasiya avadanlığı tədarükünü davam etdirsələr Qərbin sanksiyalarına qarşı çıxacaqlar. Sanksiyaların pozulmasına səbəb bu şirkətlərin məhsullarında çox vaxt Amerika avadanlığından istifadə etməklə yaradılmış yarımkeçiricilərin olması ola bilər.

“Huawei Vaşinqtonun yeni sanksiyaları ilə üzləşə bilər, məsələn, (ABŞ-ın keçmiş prezidenti Donald) Tramp tərəfindən Çinin ZTE şirkətinə qarşı tətbiq edilən ABŞ-la əlaqəli istənilən texnologiyaya giriş qadağası. Bu, şirkət üçün böyük zərbə ola bilər”.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər