Saytımızı qiymətləndirin


 
 

Xocalıda təxribat: “Sülhməramlıların çıxarılması məsələsi qaldırıla bilər”
Tarix: 31-03-2022 | Saat: 21:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Xocalıda təxribat: “Sülhməramlıların çıxarılması məsələsi qaldırıla bilər”

Ötən gün ermənilər Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd edib. Bu barədə Caliber.az saytı məlumat yayıb. Məlumata görə, kəndə ermənilər gətirilib, onlara hərbi forma və silahlar yerindəcə verilib.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr bu prosesi 200 metr kənarda sakitcə seyr ediblər.Yaxın günlərdə rəsmi İrəvanın Bakını dərhal sülhə çağırmasından sonra yenidən belə bir təxribata əl atması erməni tərəfinin əsl niyyətini gözlər önünə sərir.

Ermənistanın növbəti təxribatı barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan baş verənlərdən hələ də dərs çıxarmayıb:

“Son günlər Xocalı rayonun ərazisində baş verən hadisələr onu göstərir ki, Ermənistan tərəfi nə Vətən müharibəsinin nəticələrindən, nə noyabrın 16-da Laçının Qaragül istiqamətində baş verən hadisələrdən, nə də Azərbaycan Ordusunun son günlər Fərrux dağı istiqamətindəki məlum fəaliyyətlərindən nəticə çıxarıb. Sülhməramlı kontingentin gözlə görülə bilənən bir məsafədən erməni silahlılarına geyim, silah-sursat paylanmasını sadəcə  müşahidə etməsi onu göstərir ki, sülhməramlı kontingent artıq Azərbaycan ərazisində fəaliyyətinin legitimliyini tam şübhə altına alıb. Ermənistanın isə baş verən proseslər fonunda silahlılarını Qarabağdan çıxarmadan sülhdən danışması tam ikiüzlülükdür”.

Ekspert hesab edir ki, Azərbaycan Ordusu əsgərimizə və ərazimizə yaranacaq istənilən təhdidi  xəbərdarlıq etmədən aradan qaldırmaq hüququna malikdir:

“Fərruxda, Pirlər kəndində açılan atəşin qarşısını aldığımız kimi, digər istiqamətlərdə də baş verən bütün təxribatların qarşısı qətiyyətlə alınmalıdır. Sülhməramlılara isə Qarabağda erməni silahlılarının təmizlənməsi üçün konkret müddət təyin edilməlidir. 

Əgər bu müddətdə fəaliyyətlərində dəyişiklik olmazsa, proses başlamazsa, o zaman sülhməramlıların ərazidən çıxarılması məsələsi də qaldırıla bilər”.   



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər