Ana Sayfa > Karusel / Gündəm > Xocalıda təxribat: “Sülhməramlıların çıxarılması məsələsi qaldırıla bilər”
Xocalıda təxribat: “Sülhməramlıların çıxarılması məsələsi qaldırıla bilər”31-03-2022, 21:24. Yazar: Admin |
Ötən gün ermənilər Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd edib. Bu barədə Caliber.az saytı məlumat yayıb. Məlumata görə, kəndə ermənilər gətirilib, onlara hərbi forma və silahlar yerindəcə verilib. Ermənistanın növbəti təxribatı barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan baş verənlərdən hələ də dərs çıxarmayıb: “Son günlər Xocalı rayonun ərazisində baş verən hadisələr onu göstərir ki, Ermənistan tərəfi nə Vətən müharibəsinin nəticələrindən, nə noyabrın 16-da Laçının Qaragül istiqamətində baş verən hadisələrdən, nə də Azərbaycan Ordusunun son günlər Fərrux dağı istiqamətindəki məlum fəaliyyətlərindən nəticə çıxarıb. Sülhməramlı kontingentin gözlə görülə bilənən bir məsafədən erməni silahlılarına geyim, silah-sursat paylanmasını sadəcə müşahidə etməsi onu göstərir ki, sülhməramlı kontingent artıq Azərbaycan ərazisində fəaliyyətinin legitimliyini tam şübhə altına alıb. Ermənistanın isə baş verən proseslər fonunda silahlılarını Qarabağdan çıxarmadan sülhdən danışması tam ikiüzlülükdür”. Ekspert hesab edir ki, Azərbaycan Ordusu əsgərimizə və ərazimizə yaranacaq istənilən təhdidi xəbərdarlıq etmədən aradan qaldırmaq hüququna malikdir: “Fərruxda, Pirlər kəndində açılan atəşin qarşısını aldığımız kimi, digər istiqamətlərdə də baş verən bütün təxribatların qarşısı qətiyyətlə alınmalıdır. Sülhməramlılara isə Qarabağda erməni silahlılarının təmizlənməsi üçün konkret müddət təyin edilməlidir. Əgər bu müddətdə fəaliyyətlərində dəyişiklik olmazsa, proses başlamazsa, o zaman sülhməramlıların ərazidən çıxarılması məsələsi də qaldırıla bilər”. Geri dön |