Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova Özbəkistanda səfərdədir
Tarix: 31-03-2022 | Saat: 20:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sahibə Qafarova, Milli Məclisin sədri

Martın 31-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə rəsmi səfərə gedib.

Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər daxildirlər.

Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qaşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.

Sahibə Qafarova Özbəkistanda səfərdədir

Sahibə Qafarova Özbəkistanda səfərdədir



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70