Tarix: 31-03-2022 | Saat: 17:27
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı mənə atəşkəsin vaxtının hələ çatmadığını dedi”.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə danışarkən bildirib.
“Mən ondan soruşdum ki, atəşkəs rejiminin tətbiqi ilə bağlı məsələyə baxılırmı və ya nə zaman baxılacaq? Bildirdim ki, əsas məsələ qısa müddətə də olsa, atəşkəsin tətbiqidir. O isə cavabında hələ şəraitin yetişmədiyini dedi”, - Baş nazir qeyd edib.
Mario Draqi Rusiya Prezidentinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşü ilə bağlı da danışıb: “Rusiya liderindən Ukrayna Prezidenti ilə mümkün görüşü barədə soruşdum. Putin bildirdi ki, bunun vaxtı hələ çatmayıb”.
Qeyd edək ki, İtaliyanın Baş naziri Mario Draqi ilə Vladimir Putin arasında telefon danışğı martın 30-da Mario Draqinin istəyi ilə baş tutub.
Digər xəbərlər