Saytımızı qiymətləndirin


 
 

Cənubi Osetiyadakı separatçılar Rusiyaya birləşmək İSTƏYİR
Tarix: 30-03-2022 | Saat: 21:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstanın Cənubi Osetiya bölgəsindəki separatçılar yaxın vaxtlarda Rusiyanın tərkibinə daxil olmaq üçün hüquqi addımlar atacaq.

Qarabaginfo.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə separaçıların lideri Anatoli Bibilov məlumat verib.

Onun sözlərinə görə, Rusiya ilə birləşmə strateji məqsəddir.

Bibilov xatırladıb ki, 2014-cü ildə Krım Rusiyaya birləşəndə Cənubi Osetiya da Rusiya ilə birləşmək imkanı əldə edib.

"Biz o zaman fürsəti əldən verdik, lakin bunun yenidən baş verməsinə icazə verə bilmərik", - deyə o vurğulayıb.

Xatırladaq ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Gürcüstan müstəqillik qazanarkən, Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan ayrıldıqlarını elan edərək gürcü təhlükəsizlik gücləri ilə qarşıdurmaya girmişdilər. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiya rəhbərliyi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını bəyan edib.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər