Saytımızı qiymətləndirin


 
 

DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib
Tarix: 24-02-2020 | Saat: 15:51
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Azərbaycan ərazisində koronavirus halı müşahidə olunmayıb, bu səbəbdən həyacana və panikaya əsas yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.

"Report"un əməkdaşı bildirir ki, İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan profilaktik tədbirlərini həyata keçirir. Bu tədbirlərin davamı olaraq Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktika işləri aparılır. İnsanların İrandan Azərbaycana gətirdiyi ərzaq məhsullar 3 gün ərzində xüsusi laboratoriyadan keçirdikdən sonra vətəndaşlara qaytarılacaq.



Xəbəri paylaş

472 dəfə oxunub.

Digər xəbərlər
18-11-2021, 12:48 Sabahın hava PROQNOZU