Saytımızı qiymətləndirin


 
 

Hacı Əliyev Avropa ikincisi olub
Tarix: 29-03-2022 | Saat: 21:17
Bölmə:Karusel / İdman | çapa göndər

 

Hacı Əliyev: "Bu məğlubiyyətə görə ən pis olan, ən çox fikir çəkən yenə də özüməm"

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Qarabaginfo.az-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.

Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.

20:34

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olub.

Rəqibinə 6:8 hesabı ilə uduzan Rzazadə gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın yarışda ilk medalı olub.

Qeyd edək ki, bu gün, həmçinin Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər