Sahibə Qafarova Qazaxıstanda erməni həmkarının iddialarına cavab verib
Tarix: 29-03-2022 | Saat: 13:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
345 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-03-2022 | Saat: 13:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstanda Ermənistan parlamentinin sədri Alen Simonyanın iddialarına cavab verib.
Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Alen Simonyan bu gün Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozduğunu iddia edib.
Sahibə Qafarova isə söz alaraq erməni həmkarının iddialarına cavab verib.
O bildirib ki, Azərbaycanın guya atəşkəs rejimini pozması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Spiker diqqətə çatdırıb ki, Azərbaycanın suveren ərazisinə soxulmuş qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə təxribat törətməyə cəhd göstəriblər, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan 9/10 yanvar 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb.
“Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, Ermənistandır”, - Milli Məclis sədri vurğulayıb.
Sahibə Qafarova qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılmasını tələb edib.
O, Azərbaycanın Ermənistana dəfələrlə sülh sazişi imzalamağı təklif etdiyini xatırladıb.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib və bu, qarşı tərəfə yaxşı məlumdur.

Xəbəri paylaş
Digər xəbərlər
1-03-2021, 17:41
Sarkozi həbs edildi
18-06-2021, 16:36
Türkiyə Prezidenti BMT-ni tənqid edib
24-01-2023, 12:25
Sumqayıtda yarımçıq doğulan üçəmlərin vəziyyəti AÇIQLANDI
27-04-2022, 17:45
İrəvanda yenidən etiraz aksiyası keçirildi
3-12-2022, 15:12
Laçın dəhlizi bağlandı - FOTOLAR
16-10-2024, 20:19
Avstraliya Ukraynaya istismar müddəti bitmiş 49 tank verəcək
18-10-2024, 16:29
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
1-11-2025, 12:05
Trampın oğlu Ermənistana gedir