Tarix: 27-03-2022 | Saat: 19:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna qoşunları Xarkov, Sumı şəhərlərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb.
Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.
“İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib.
Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə də xəbərdarlıq edib:
“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.
Digər xəbərlər