Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Prezidenti Ofisi: Qoşunlarımız əks hücuma keçib, qələbə xəbərləri olacaq
Ukrayna Prezidenti Ofisi: Qoşunlarımız əks hücuma keçib, qələbə xəbərləri olacaq27-03-2022, 19:25. Yazar: Admin |
Ukrayna qoşunları Xarkov, Sumı şəhərlərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb. Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib. “İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib. Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə də xəbərdarlıq edib: “Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”. Geri dön |