Saytımızı qiymətləndirin


 
 

Nikol paşinyanın “sağ əli“: “Araik Arutyunyan bütün işlərə qarışır, hətta nazirlərə göstərişlər verir“
Tarix: 25-03-2022 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nikol paşinyanın “sağ əli“: “Araik Arutyunyan bütün işlərə qarışır, hətta nazirlərə göstərişlər verir“

Ermənistan hökumətinin aparat rəhbəri Araik Arutyunyanla hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri arasında münasibətlər son aylarda daha da gərginləşib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

“Həm hakim “Vətəndaş Müqaviləsi” partiyası, həm də icra hakimiyyəti Baş nazir Nikol Paşinyanın Arutyunyanı başqa yerə göndərəcəyinə ümid edirdi ki, ondan qurtulsunlar”.

Xatırladaq ki, Ermənistan prezidentinin məhz Arutyunyanın olacağı barədə şayiələr yaymışdı.

Paşinyana silahdaşları haqqında ilk məlumat verən də Araik Arutyunyandır. Baş nazir sonuncunun məsləhətini dinlədikdən sonra iradlar səsləndirir və ya onun “qara siyahı”sına kimin düşəcəyinə qərar verir.

Arutyunyan demək olar ki, bütün işlərə qarışır, nazirlərə göstərişlər verir. Hamıya, o cümlədən nazirlərə. “Vətəndaş Müqaviləsi”nin idarə heyətinin nümayəndələri Arutyunyana etibar etmir və son 5-6 ay ərzində onunla ümumiyyətlə, əlaqə saxlamırlar. Hamı birbaşa Paşinyanla əlaqə saxlamağa çalışır. Onlar başa düşürdülər ki, Araik Arutyunyan ona həvalə edilmiş bütün məlumatları Baş nazirə öz sousu altında verir. Xüsusən də təhsillə bağlı məsələlərdə. Sanki nazir kreslosunun itirilməsi ilə barışa bilmir. Mövqeyini yüksəltmək üçün hər şeyi edir”, – deyə erməni nəşri qeyd edib.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər