Ramazan ayının başlama vaxtı açıqlanıb
Tarix: 25-03-2022 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
1367 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-03-2022 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aprelin 2-si Ramazan ayının ilk günüdür.
Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.
"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.
QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.
"Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
19-02-2022, 00:38
Ukrayna Təhlükəsizlik Şurası Donbasda hücum əməliyyatını inkar edib
25-10-2023, 17:47
Aİ liderləri Cənubi Qafqazı müzakirə edəcək
29-03-2022, 16:25
Qarabağda 100 hektar ərazidə əkin işləri aparılacaq
7-07-2025, 11:16
Rusiya Odessaya dron zərbəsi endirib, ölən var
7-05-2022, 17:58
Şəhid ailələrinə ianə sertifikatları təqdim edilib
23-09-2024, 22:05
Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Putinlə görüşəcək
14-03-2024, 12:30
İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb















