Saytımızı qiymətləndirin


 
 

Rusiyanın enerji oyunu üzə çıxdı
Tarix: 23-03-2022 | Saat: 23:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın enerji oyunu üzə çıxdı

Qazaxıstan neftinin Rusiyadakı boru xəttindəki baş verən qəza səbəbindən Avropaya nəqli dayandırılıb. Ancaq bu görünən səbəbdir. Digər səbəbi isə Rusiyanın oyunudur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Haber Global” süjet hazırlayıb.

Bildirilir ki, Qazaxıstan nefti və təbii qazının Avropaya ixracı təhdid altındadır. Ölkənin ən böyük neft boru xətti qəzaya görə işləmir. Rəsmi açıqlamaya görə, Novorossisyk şəhəri yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumu qəza nəticəsində zədələnib. Tankerlərin sahildən boşaldırlması hissəsində problem yaranıb. Həmin hissənin təmir işləri davam edir.

Həmçinin süjetdə qeyd edilib ki, Azərbaycan illər əvvəl Qazaxıstan hökumətinə Azərbaycan ərazisindən enerji xammalı ixrac etməyi təklif edib. Qazaxıstan həmin dövrdə bu təklifi qəbul etməyib, Rusiyaya güvənib. İndi isə Qazaxıstanın enerji qaynaqlarına ən çox ehtiyac duyulan vaxtda Rusiya ortağını pis vəziyyətdə qoyub.

Daha ətraflı süjetdə:



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər