Saytımızı qiymətləndirin


 
 

Sahibkarların pensiya təminatı məsələsi müzakirə edilir
Tarix: 11-02-2020 | Saat: 14:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Gürcüstanda fəaliyyət göstərən vergi ödəyicisi olan azərbaycanlı sahibkarların təqaüd və sığorta məsələsini Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gürcüstan tərəfi ilə müzakirə edir.

 

Qarabaginfo xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Tbilisidə azərbaycanlı iş adamları ilə görüşü zamanı deyib.

 

O bildirib ki, bu sahədə 1993-cü ildə imzalanan müqavilədə bəzi çatışmazlıqlar var.

 

“Pensiya təminatı ilə əlaqədar Azərbaycan və Gürcüstan hökumətləri arasında 1993-cü ildə imzalanmış saziş mövcuddur, lakin orada pensiya məbləğinin müəyyənləşdirməsi məqamı çatışmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni Gürcüstan tərəfi diqqətdə saxlayır. Praktiki tövsiyəm ondan ibarətdir ki, sahibkarların hər bir halda özəl sığorta və pensiya versiyalarına da baxılsın”.APA

 



Xəbəri paylaş

434 dəfə oxunub.

Digər xəbərlər