Saytımızı qiymətləndirin


 
 

XİN Ermənistanın Qarabağa qaz təminatı ilə bağlı iddiasına cavab verib
Tarix: 23-03-2022 | Saat: 13:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib.

Qarabaginfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir:

 

"Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.

"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin" - L. Abdullayeva qeyd edib.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər
4-06-2022, 11:56 Neftin qiyməti artıb