Saytımızı qiymətləndirin


 
 

Tehran TƏŞVİŞDƏ: “İran Zəngəzur sərhədini itirsə, NATO üzvü olan Türkiyənin təsiri altına düşəcək” - Sarkisyan
Tarix: 29-10-2021 | Saat: 20:48
Bölmə:Karusel / Region | çapa göndər

Tehran TƏŞVİŞDƏ: “İran Zəngəzur sərhədini itirsə, NATO üzvü olan Türkiyənin təsiri altına düşəcək” – Sarkisyan

“Türkiyə prezidenti Ərdoğan istədiyi yerdə, istədiyini edir və heç vaxt buna görə cəzalandırılmır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan deyib:

“O, Suriyaya, İraqa daxil olur, Vaşinqtonun mərkəzində ABŞ vətəndaşlarını döyür və bütün bunlara görə cəzalandırılmır. Rusiya təyyarəsini vurur, yenə heç kim cəzalandırmır. Çünki onun çox güclü ordusu var və Ərdoğan ciddi regional oyunçuya çevrilib və faktiki olaraq Böyük Turanı reallaşdırmaq yolu ilə gedir”.

Sarkisyan deyib ki, Zəngəzur rəsmi Tehran üçün təkcə xarici sərhəd deyil, həm də İranla Avrasiya İqtisadi Birliyi arasında yeganə quru yoludur. Həmçinin Qara dənizə yeganə çıxış vasitəsidir. İran Zəngəzur sərhədini itirsə, o zaman NATO üzvü olan Türkiyənin təsiri altına düşəcək. Bu, ciddi problemdir.

“Təbii, dünyada elə ölkələr var ki, onların hərbi planlarında İranın xarici sərhədlərini itirməsinin çox yaxşı olacağı haqda yazılıb.İran bunu başa düşür. Təbii ki, hazırda ABŞ-ın əsas rəqibi İrandır” – deyə Suren Sarkisyan fikirlərini yekunlaşdırıb.



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər