Saytımızı qiymətləndirin


 
 

“Biz bunu Azərbaycanda da gördük...” - Ərdoğan
Tarix: 22-03-2022 | Saat: 23:00
Bölmə:Karusel / Region | çapa göndər

“Biz bunu Azərbaycanda da gördük...” - Ərdoğan

“Əgər biz NATO-da birlikdəyiksə, həmrəyliyimizi tam şəkildə nümayiş etdirməliyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Niderland Baş naziri Mark Rutte ilə təşkil edilən ortaq mətbuat konfransında bəyan edib.

“NATO ölkələri olaraq xüsusilə müdafiə sənayesi istiqamətində atılacaq addımlarda həmrəy olmalıyıq. Artıq dünyada heç bir ölkə müdafiə sənayesindəki məhsulları təkbaşına istehsal etmir. Necə ki, biz bunu Rusiya - Ukrayna müharibəsində də görürük. Biz bunu Liviya və Azərbaycanda da gördük. Bundan sonra kim bilir harda, nə görəcəyik?!

Ümid edirik ki, biz bunların olmadığı və sülhün hökm sürdüyü bir dünya quracağıq”, - deyə dövlət başçısı bildirib. 

"Zelenski və Putinlə təmaslarımı davam etdirirəm. Şərtlərin çətinliyindən xəbərdarıq, ancaq diplomatiyanı yeganə çıxış yolu kimi görən səmimi təşəbbüslərimizi davam etdirəcəyik. Biz Türkiyə olaraq Ukrayna böhranı başlayandan bəri qəti mövqe tutmuşuq. Onları sağlam düşüncəyə çağırdıq. Təəssüf ki, Ukraynada humanitar faciə genişlənməkdə davam edir. Bu tendensiyaya son qoymaq üçün sıx diplomatik səyləri davam etdiririk. Xarici işlər nazirimiz Lvovda həmkarları ilə görüşüb. O, atəşkəs və sülh yolunda əlimizdən gələni edəcəyimizi vurğulayıb”, - deyə dövlət başçısı bildirib.

Öz növbəsində Niderland baş naziri Mark Rutte də həm Ukrayna, həm də Rusiya ilə dialoq aparmağa qadir olan Türkiyəni tam şəkildə dəstəklədiklərini qeyd edib. (Azpolitika.info)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər