Ucar rayon sakini intihar edib.

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini 44 yaşlı Xəqani Cavadov yaşadığı evin həyətində özünü asıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.