Saytımızı qiymətləndirin


 
 

Xorvatiya mətbuatı Mahirdən yazdı: “Onsuz da “Dinamo“ya hazır gəlməmişdi“
Tarix: 21-03-2022 | Saat: 23:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xorvatiya mətbuatı Mahirdən yazdı: “Onsuz da “Dinamo“ya hazır gəlməmişdi“

Xorvatiya mətbuatə Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emrelinin zədələnməsindən yazıb.

Qarabaginfo.az xəbər verir ki, “Jutarnji List” nəşri 25 yaşlı hücumçunun baş məşqçi Jelko Kopiçin etimadını qazandığı vaxtda zədələnməsinin yerinə düşmədiyini qeyd edib: 

"Dinamo" üçün yeni problem yaranıb. Daha bir hücumçu zədələnib. Hansı ki, son vaxtlarda inam qazanmağa başlamışdı. Ümumiyyətlə, geridə qalan həftə "Dinamo" oyunçuları üçün ağrılı həftə oldu. Marko Bulat və Daniel Zaqoraçın cümə günü məşq zamanı zədə səbəbindən sıradan çıxması ilə yanaşı, Mahir Emreli də "Slaven"lə matçı buraxmalı oldu.

Hələlik azərbaycanlı hücumçunu yaxın günlərdə meydanda olub-olmayacağını bilmirik. Ancaq belə vaxtda pauza ona lazım deyildi. Onsuz da “Dinamo”ya hazır gəlməmişdi. Bir az ritm tutduğu, baş məşqçinin etimadını qazandığı vaxtda bazar günü keçirilən matçı buraxmalı oldu”.

Xatırladaq ki. Mahir Emreli zədə səbəbindən Malta və Latviya ilə yoldaşlıq oyunları üçün millimizə də dəvət almayıb.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər