Saytımızı qiymətləndirin


 
 

Sülhməramlılar bu halda Qarabağı tərk edəcək - Dmitriyev
Tarix: 09-10-2021 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sülhməramlılar bu halda Qarabağı tərk edəcək – Dmitriyev

 

Rusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bunu “Russkiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dmitriyev deyib.

“Dörd il ərzində çox şeylər baş verə bilər, situasiya əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiyanın orada qalmaq üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənilər üçün itirilməsi prosesini daha az ağrılı edəcək.

Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq. Rusiya sülhməramlıları Qarabağdan ermənilərin tələsik olmayan, travmatik xarakter daşımayan evakuasiyasını ört-basdır edirlər”, – deyə o bildirib./Axar.az



Xəbəri paylaş

435 dəfə oxunub.

Digər xəbərlər